Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |    
Mojo.az Avto
Mojo.az Avto

"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır

12.08.2020 19:42 1 567
ABŞ-ın "Google" şirkəti "Android" smartfonların köməyi ilə zəlzələlərin müəyyən edilməsi üçün ən geniş şəbəkə yaratmağı planlaşdırır.

Median.Az
Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "Bu gündən etibarən sizin "Android" yaşadığınız yerdən asılı olmayaraq zəlzələ haqqında xəbərdarlıq sisteminin bir hissəsi ola bilər. Bu, o deməkdir ki, sizin telefonunuz mini-seysmometr ola bilər və dünyanın ən böyük zəlzələlərin müəyyən edilməsi üçün sistemin yaradılması məqsədilə milyonlarla digər "Android" telefonlarına qoşula bilər".

Qeyd edilir ki, hər smartfon kiçik akselerometrlə təchiz edildiyinə görə o, yaxınlıqda zəlzələnin baş verdiyini göstərən siqnalları qeyd edə bilir. Zəlzələnin həqiqətən müəyyən bir yerdə olub-olmadığını müəyyən etmək üçün siqnallar fərqli smartfonlardan məlumatları toplayan və emal edən xüsusi bir serverə göndəriləcək.

Məlumatda vurğulanır ki, ilkin mərhələdə yaxınlıqdakı zəlzələ haqqında məlumatı "Google" axtarış sisteminə sorğu verərək öyrənmək olar. Lakin daha sonra şirkət ABŞ və digər ölkələrin sakinlərinə zəlzələ haqqında bildiriş göndərməyi planlaşdırır.

Son xəbərlər