Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib |
Mojo.az Avto
Mojo.az Avto

“Android” qurğularının sayı 3 milyardı ötüb

22.05.2021 23:17 1 140
“Android” qurğularının sayı 3 milyardı ötüb
"Google" şirkəti dünyada "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən 3 milyard aktiv qurğunın mövcud olmasını açıqlayıb. Bu, "iPhone" smartfonlarının sayından üç dəfə çoxdur - ilin əvvəlində "Apple" şirkəti dünyada öz istehsalı olan smartfonların 1 milyard təşkil etməsini bəyan edib.

Median.Az
ictnews.az-a istinadən bildirir ki, 2019-cu illə müqayisədə istismarda olan "Android" qurğularının sayı 500 milyon ədəd artıb. 2 milyard qurğu səviyyəsi 2017-ci ildə dəf edilib.

Qeyd olunur ki, açıqlanan statistika "Google Play" platformasının məlumatlarına əsaslanır. Bu isə o deməkdir ki, orada kənar rəqəmli kontent mağazalarından istifadə edən qurğular, eləcə də insanların "Google" servis və əlavələrindən istifadəyə üstünlük vermədiyi Çindəki əksər "Android" sistemli qurğular nəzərə alınmayıb. Dünyada "Google" şirkətinin açıqladığı saydan daha çox "Android" əməliyyat sistemli qurğunun olduğu ehtimal edilir.

Üç milyon saytda 15 milyarddan çox səhifə baxışını analiz edən "StatCounter" servisinin hesablamasına görə, 2021-ci ilin aprelində aktiv "Android" qurğularının payı 72 faiz təşkil edib. "iOS" sistemli texnikada bu göstərici 27 faizə bərabər olub.

Son xəbərlər