Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Əsassız göndərişlər əsasında təyin edilmiş 2600 əlillik ləğv olundu

24.07.2020 11:36 1 330
Əsassız göndərişlər əsasında təyin edilmiş 2600 əlillik ləğv olundu
Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər 2020-ci ilin ötən dövründə davam etdirilib.

Nazirlikdən verilən məlumata görə, müvafiq işçi qrupu tərəfindən xəstəlik sənədləri şübhə doğuran əlillik təyinatları üzrə aparılan araşdırmalar zamanı daha 2 min 600 əlillik təyinatının reallığı əks etdirməyən saxta tibbi sənədlərlə tərtib olunmuş əsassız göndərişlər əsasında aparıldığı aşkar edilib.

Həmin əlillik təyinatları ləğv olunub və təyin olunan sosial təminat növləri üzrə ödənişlər dayandırılıb. Bunun da nəticəsi olaraq, büdcə vəsaitinin həmin ödənişlər üzrə qeyri-qanuni istiqamətə xərclənməsinin qarşısı alınmaqla, illik 9,5 milyon, ümumi gözlənilən xərclər üzrə 225 milyon manat dövlət vəsaitinə qənaət edilib.

Ümumilikdə isə, son iki ildə aparılan araşdırmalar nəticəsində 6 min 300 əlillik təyinatının əsassız göndərişlər əsasında aparıldığı aşkar olunaraq ləğv edilib. Nəticədə, illik 29 milyon, ümumi gözlənilən xərclər üzrə 735 milyon manat büdcə vəsaitinə qənaət olunub.скачать dle 11.3
Mojo.az Banner