Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı: “Neqativ statuslar bu həssas vaxtda insanı çox incidir”

08.07.2020 18:09 1 185
AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı: “Neqativ statuslar bu həssas vaxtda insanı çox incidir”
AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.

O, bununla bağlı sosial şəbəkə hesabında məlumat verib.

Aparıcının sözlərinə görə, müalicəsi tam başa çatıb və verdiyi son testin nəticələri neqativ çıxıb.

O, sosial şəbəkədə yazılan neqativ statusların, xəbərlərin insana pis təsir etdiyini deyib:

“Neqativ statuslar bu həssas vaxtda insanı çox incidir. Buna görə və ruh halımın bərpası üçün sosial şəbəkədən uzaqlaşmışam. Özünüzü, doğmalarınızı, sevdiklərinizi qoruyun!”

Telekanal, öz növbəsində, koronavirusa yoluxmuş əməkdaşlarının son vəziyyəti ilə bağlı açıqlama yayıb:

“AzTV-nin COVID-19-a yoluxmuş əməkdaşlarının vəziyyəti hazırda yaxşıdır. Onların hər biri ilə QSC tərəfindən əlaqə yaradılır, vəziyyətləri, səhhətləri ilə maraqlanılır, hər hansı ehtiyaclarının olub-olmadığı öyrənilir. Əməkdaşlarımızdan bəziləri artıq sağalaraq evə buraxılıb, bəzilərinin isə müalicəsi davam etdirilir”.скачать dle 11.3
Mojo.az Banner