Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

AzTV-dən koronavirusa yoluxmuş əməkdaşlarının son vəziyyəti ilə bağlı AÇIQLAMA

03.07.2020 13:38 2 648
AzTV-dən koronavirusa yoluxmuş əməkdaşlarının son vəziyyəti ilə bağlı AÇIQLAMA
“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hazırda beş əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır.

Bununla bağlı AzTV məlumat yayıb.

Bildirilib ki, koronavirusa yoluxmuş bir nəfər isə evə buraxılıb:

“Hazırda koronavirusa yoluxmuş əməkdaşlarımızın səhhətində hər hansı ağırlaşma yoxdur.

Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır.

Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir”.

Qeyd edək ki, son iki gündə AzTV-nin koronavirusa yoluxmuş iki əməkdaşı - rejissor Samir Nemətzadə və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru Etibar Babayev vəfat edib.

Son xəbərlər