Mojo.az Banner
21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |     20:29 Fransada uşaqlar üçün sosial şəbəkə qadağası baş tutmadı - SƏBƏB  |     20:22 Vətən müharibəsi şəhidinin qardaşı vəfat etdi  |     20:17 “Bitcoin” ucuzlaşıb  |     20:09 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     20:04 Qısqandığını bəlli etməyən 4 bürc: Hisslərini necə gizlədirlər?  |     19:56 Pensiyaların verilmə tarixi dəyişir?  |     19:50 Azərbaycanda benzin və dizel bahalaşır?  |     19:43 Bu il doğulan uşaqlara ən çox qoyulan adlar  |     19:35 Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? (AÇIQLAMA)  |     19:30 1980-ci illərin hiti olan cinslər yenidən dəbə qayıdır (FOTO)  |     19:24 Feliks "Beşiktaş"dan getdi  |     19:15 Bakının 556 küçəsi yuyuldu  |    
Left Banner
Right Banner

Bakıda özəl valyutadəyişmə məntəqələri fəaliyyət göstərir? - RƏSMİ

30.06.2020 17:00 4 710
Bakıda özəl valyutadəyişmə məntəqələri fəaliyyət göstərir? - RƏSMİ
Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirilib.

Bununla bağlı Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.

Məlumatda qeyd edilib ki, qurum tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib:

“Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.

Media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək, həqiqətən də belə faktlarla rastlaşarlarsa, dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edirik”.скачать dle 11.3
Mojo.az Banner