Qırğızıstanın Prezident Administrasiyasının 17 əməkdaşı virusa yoluxub
Bu barədə Qırğız Respublikası dövlət başçısı aparatının İnformasiya siyasəti şöbəsi bildirib.
Qeyd olunub ki, son sutkada aparatın başçısı Dosalı Esenaliyev və daha 8 əməkdaş koronavirusa yoluxub. Bununla prezident aparatının virusa yoluxan əməkdaşlarının sayı 17-yə çatıb. (report.az)