20:01 Dövlət xidməti: Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev sökülməyəcək  |     19:55 Aİ Şengen zonasının 40 illiyini gənclər üçün pulsuz biletlərlə qeyd edir  |     19:48 Azərbaycana gətirilən 6.12 ton antep fıstığı məhv ediləcək (FOTO)  |     19:36 Nyu Yorku qarışdıran xəbər: İngilis mətbuatı belə aldadıldı  |     19:28 Mikrodalğalı sobadakı yeməkdə nə baş verir? - Alimlər izah edir  |     19:13 Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     19:01 Həyat yoldaşının telefonuna gələn zəngə görə dostunu bıçaqladı  |     18:46 Azərbaycandan Bolqarıstana ixrac 34 faiz artıb  |     18:42 "Ordu" "Lənkəran"ı üstələdi  |     18:31 Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb  |     18:15 Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib  |     17:55 Müdafiə Nazirliyinin 57 avtomobili satışa çıxarılacaq  |     17:39 Bağçada azyaşlıya qarşı şiddət - VİDEO  |     17:35 Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdə dərman maddəsi aşkarlanıb  |     17:01 İki il əvvəl Rusiyaya ekstradisiya edilən azərbaycanlı Ukrayna müharibəsində öldü  |     16:37 Nizami polisindən ƏMƏLİYYAT - İki nəfər 66 kiloqram narkotiklə tutuldu - Video  |     15:41 Ermənistan vətəndaşlarının məhkəməsində Tovuz döyüşlərindən sonra çəkilmiş videomaterial nümayiş etdirilib  |     15:39 Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi  |     15:34 Sumqayıtda "Land Rover" parklanmış üç maşını vurub aşdı  |     15:22 İlham Əliyev İslam Rzayevi vəzifəsindən azad etdi  |    

QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyindən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına məktub daxil olub.

Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

İki Müqəddəs Məscid Xadiminin Azərbaycandakı Səfiri doktor Həməd bin Abdulla bin Xudeyrin imzaladığı müşayiət məktubu ilə Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatı QMİ-yə təqdim olunub.

Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanı Krallığı Müqəddəs Allah Evinin qonaqlarına və Peyğəmbər (S) Məscidinin ziyarətçilərinə öz Həcc və Ümrə ayinlərini təhlükəsiz, sağ-salamat şəraitdə icra etməsinə imkan yaratmaq üçün daim səy göstərir.

Koronavirusun üzə çıxdığı ilk dövrlərdən Allahın qonaqlarının qorunması üçün Krallıq qabaqlayıcı tədbirlər görərək, ümrə ziyarətini dayandırıb, bu qərar müsəlman ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən bəyənilərək, pandemiyanın qlobal miqyasda qarşısının alınmasında böyük rol oynayıb.

Yeni tip koronavirusun (COVID-19) dünyanın 180 dövlətində yayılması, vəfat edənlərin artması, dünya üzrə milyonlarla ölçülən yoluxma sayını nəzərə alaraq, Səudiyyə Ərəbistanı Krallığı Səhiyyə Nazirliyi yoluxmanın fərdlərin təhlükəsiz formada məsafə saxlamasının təmini çətin olan toplantılarda təhlükə yaratması səbəbilə qərar verilib.

Sənəddə bildirilir ki, hazırda pandemiyanın davam etdiyi, qlobal miqyasda yoluxma səviyyəsinin artdığı bir şəraitdə qərara alınıb ki, bu il (hicri 1441-ci il) Həcc ziyarəti Krallığın daxilindəki müxtəlif ölkə vətəndaşları arasından buna istəyi olanların iştirakı ilə çox məhdud sayda təşkil olunsun.

Burada məqsəd bu ayini sağlamlıq cəhətdən təhlükəsiz formada həyata keçirməyə səy göstərməkdir. Bu, İslam şəriətində insan həyatının Allahın izni ilə qorunması hökmünə əsasən profilaktik tələblər, lazımi sosial məsafə, insan sağlamlığının qorunmasının təmini üçün həyata keçirilib.

Bəyanatda xüsusi vurğulanır ki, İki Müqəddəs Məscid Xadiminin Hökuməti hər il milyonlarla Həcc və ümrə zəvvarlarına xidmət etməkdən şərəf duyaraq bəyan edir ki, bu qərar onun zəvvarların təhlükəsizliyi və salamat şəkildə ölkələrinə qayıtmaları üçün göstərdiyi davamlı səylərdən irəli gəlir.

Azərbaycan Həcc Missiyasının təşkilatçısı olan dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatını təqdir edir, burada əksini tapan məqamların zəruri olduğunu qəbul edir və İki Müqəddəs Məscid Xadiminin milyonlarla insanın xəstəlikdən qorunması və həyatının xilası məramı ilə atdığı mühüm addımları bəyənir.

Uca Allaha dünyanı, bəşəriyyəti pandemiyadan qoruması üçün dualar edir, gələcək Həcc və Ümrə ziyarətlərinin yerinə yetirilməsini niyyətində olanlara qismət etməsini diləyirik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            807 26.06.20 13:51