19:39 "Qurd"a ağır itki üz verdi  |     19:19 Litva Belarusla sərhədini bağlayır  |     19:10 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |     18:52 Arvadını namaz qılarkən öldürüb Gürcüstana qaçan şəxsə hökm oxunub  |     18:38 Azərbaycan Kubokunda daha iki 1/8 finalçı müəyyənləşdi  |     18:21 Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR və DETALLAR  |     18:03 Qurbanovdan futbolçulara SƏRT CƏZA: "Qarabağ"lıların maaşlarından kəsiləcək  |     17:58 Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu  |     17:55 Ramiz Mehdiyevin nəvəsi Bakıda 630 min manatlıq maşınla gəzir - Video  |     17:44 Sentyabrda nağdsız ödənişlərin həcmi 24 faiz artıb  |     17:28 "Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon "yedilər"  |     17:22 Səfirlik Monteneqroda baş vermiş hadisələrlə bağlı açıqlama yaydı  |     17:12 Şirvanda zəlzələ olub  |     16:45 Tokiodan Nyu-Yorka 60 dəqiqəyə kosmik uçuşlar həyata keçiriləcək  |     16:34 “Sovetski”dəki tarixi binalar sökülür? - RƏSMİ  |     16:24 Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi  |     16:05 Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     15:57 Bakıda sürücü sərxoş vəziyyətdə qəza törətdi - VİDEO  |     15:56 "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb  |     15:43 Rusiya Silahlı Qüvvələri Dnepropetrovskda yaşayış məntəqəsini nəzarət altına aldı  |    

Daşkəndin bəzi məhəllələri “qırmızı” zona elan olundu: Giriş-çıxış qadağan edildi

Özbəkistanda yeni növ koronavirusa yoluxma hallarının artması səbəbindən paytaxt Daşkəndin daxili kvartallarında karantin tədbirləri sərtləşdiriləcək, bəzi küçələrə giriş-çıxış bağlanacaq, yollarda nəzarət məntəqələri qurulacaq və sutka ərzində növbə tutulacaq.

Bu barədə “RİA Novosti”yə yerli hakimiyyət orqanlarından məlumat verilib.

Qeyd olunub ki, ilk dəfə martın 15-də koronavirusa yoluxmanın rast gəlindiyi Özbəkistanda son məlumatlara görə, ümumi 6358 yoluxma halı aşkar edilib, 19 nəfər ölüb, 4377 nəfər isə sağalıb.

Ölkədə yoluxmanın səviyyəsinə görə ərazilər “sarı”, “yaşıl” və “qırmızı” bölgələrə ayrılıb.

Daşkənddəki kvartalların bəziləri “qırmızı” bölgələrə aid olduğundan o ərazilərə giriş-çıxışlar bağlanacaq. Hazırda paytaxt özü “sarı” bölgə olsa da, şəhərin 513 məhəlləsindən (kvartal) 71-i yoluxma vəziyyətinə görə “qırmızı” bölgəyə çevrilib.

Daha əvvəl Özbəkistan prezidenti Şavkat Mirzoyev bildirmişdi ki, ölkədə koronavirusla mübarizə təhlükəli xarakter alır. Bununla əlaqədar karantin müddəti avqustun 1-nə kimi uzadılmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 351 22.06.20 23:20