Mojo.az Banner
14:11 Göygöldə avtoqəzada xəsarət alan şəxsin son durumu  |     14:10 Sabah 23 dərəcə isti olacaq  |     14:10 Bəzi müəllimlər XÜSUSİ QAYDADA qiymətləndiriləcəklər  |     14:09 "Qarabağ"ın rəqibi Bakıya ciddi itkilərlə gəlir  |     14:08 Ötən ay narkotik satan səkkiz qadın həbs edilib  |     14:07 Serbiyanın "Politika" ictimai-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub  |     14:06 Sumqayıtda qadın dördüncü mərtəbədən yıxılıb  |     14:05 Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı - SƏBƏB  |     14:05 Gəncədə dəm qazından zəhərlənən tələbə qızların son vəziyyəti  |     14:03 Astara polisindən ƏMƏLİYYATLAR: Saxlanılanlar var - Video  |     14:02 Ögey anasına hücum edərək soyğunçuluq törədən şəxs barədə QƏRAR VERİLDİ  |     14:00 Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb  |     13:55 Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ  |     13:47 Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin fəaliyyəti DAYANDIRILDI  |     13:46 Bakıya qatı duman çökdü: Nə vaxta qədər davam edəcək? - Video  |     13:40 Salvadorda 165 milyon dollarlıq narkotiki daşıyan gəmi ələ keçirildi  |     13:38 Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ  |     13:37 Gəncədə tələbə qızlar dəm qazından zəhərləndilər  |     13:35 Paxıllıq hissinin öhdəsindən necə gələk? - Rusiyalı psixoloq izah edir  |     13:34 Bakteriyalar hamamda gizlənir: Rusiyalı həkimdən XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Dünya daha bir böhrana “hamilədir” – RƏQƏMLƏR

22.06.2020 21:36 1 691
Dünya daha bir böhrana “hamilədir” – RƏQƏMLƏR
Koronavirus bəşəri bəladır. Bu bəla pandemiya xarakteri alıb və hər bir ölkənin bütün sahələrini iflic vəziyyətinə salır. Virus dünya iqtisadiyyatına da mənfi təsirlər göstərir və ölkələr daha bir qlobal böhrana “hamilədir”.

İqtisadiyyatla yanaşı, əhalinin sağlamlığını təhlükə altına qoyan və “ölüm mələyinə” çevrilən koronavirusa qarşı mübarizə dünya ölkələrini vahid mövqedən çıxış etməyə vadar edir.

Yəni bütün dövlətlər təcrid olunma siyasətinə keçib və karantin rejimi tətbiq edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge deyir ki, koronavirusdan ölüm hallarının 43 faizi Avropanın payına düşür.

O bildirib ki, dünya ölkələri hələ xəstəliyin daha geniş yayılması təhlükəsi ilə üzləşəcəklər.

Buna görə də ÜST-ün Avropa regional ofisi üçün payıza hazırlıq prioritet məsələdir.

ÜST-ün Şərqi Aralıq dənizi üzrə regional direktoru Əhməd Əl-Mandhari isə qeyd edir ki, koronavirusla bağlı bir çox tədqiqatlar aparılsa da, hələ də bəzi məsələlər qeyri-müəyyən olaraq qalır.

Onun sözlərinə görə, xəstəlik inkişaf etdikcə, pandemiyaya necə nəzarət olunmasına dair yeni tövsiyələr də aktuallaşır.

Ən son rəqəmlərə əsasən, dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 9 milyon 101 min 661 nəfərdir.

Yoluxanlardan 471 min 585 nəfər ölüb, 4 milyon 874 min 973 nəfər isə sağalıb.

ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 365 min nəfərdən çoxdur. Ölüm halı isə 122 min 318 nəfərdir.

Bu göstəriciyə görə sonrakı yerdə Braziliya qərarlaşır. Bu vaxta qədər Braziliyada 1 milyon 86 min 990 şəxs koronavirusa yoluxub, onlardan 50 min 659 nəfəri vəfat edib.

Koronavirusdan ölüm statistikasına görə, Rusiya, Hindistan, Böyük Britaniya, İtaliya, Fransada da rekord göstəricilər qeydə alınıb.

Acınacaqlı mənzərənin davam etməməsi üçün ölkələr karantin rejiminə keçir.

Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahı da dünyadakı vəziyyəti təhlil edir və dünya təcrübəsininin tətbiqinə çalışır.

Baş nazir Əli Əsədovun qərarına əsasən, iyunun 21-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Sərt karantin rejimi iyulun 5-i saat 06:00-dək davam edəcək.

Qeyd edək ki, bu zamana qədər Azərbaycanda 13 min 207 nəfər COVİD-19-a yoluxub. Onlardan 7168 nəfəri sağalıb, 161 nəfər isə vəfat edib.

Hazırda ölkə üzrə aktiv xəstə sayı 5878 nəfərdir.скачать dle 11.3
Mojo.az Banner