Mojo.az Banner
20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN çimərliklərdə nəzarəti gücləndirdi

22.06.2020 14:29 1 293
FHN çimərliklərdə nəzarəti gücləndirdi
Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların çimərliklərdən istifadə qaydalarına əməl etmələrinə nəzarəti gücləndirib.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilib.

Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların qaydalara əməl etməsi ilə əlaqədar çimərliklərdən istifadənin qarşısının alınması məqsədilə FHN-nin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır.

Nazirlik vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırıb.скачать dle 11.3
Mojo.az Banner