Mojo.az Banner
20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |    
Mojo.az Avto
Mojo.az Avto

DMX əcnəbilərə müraciət etdi

19.06.2020 13:24 1 229
DMX əcnəbilərə müraciət etdi
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən verilən məlumata görə, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, ölkədə olma müddəti həmin tarixədək bitəcək əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılacaq.

Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsi üçün müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər.

Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner