Vaqif Sadıqov: “Operativ qərargahın həftəsonu qadağaları futbolçuları pis duruma saldı” - VİDEO
İTV-də yayımlanan “3D” proqramının aparıcısı Dadaş Dadaşlinskinin qonağı AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov olub.
Verilişin əsas mövzusu onun mətbuata Azərbaycan Premyer Liqasının bərpasının mümkünsüzlüyü barədə dediyi sözlər olub.
Vaqif Sadıqov bildirib ki, iyunun 1-dən açıq havada idman yarışlarının keçirilməsinə yaşıl işıq yandırılsa da, sevincləri çox uzun çəkməyib:
“Bir neçə gün sonra operativ qərargah həftəsonları sərt qaydalar tətbiq etməyə başladı. Bu da futbolçuları pis duruma saldı. Ona görə də çempionatın davam etdirilib-etdirilməməsi sual altına düşdü.
“Çempionatın davam etdirilməsi və ya ləğvi bizə nə verir?” sualı üzərində düşünməliyik. “Tərəzinin gözündə hansı ağırdır?” deyə düşünməliyik”.