Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Pirşağı sakinləri su və yol problemi ilə bağlı Prezidentə müraciət ediblər

17.06.2020 22:39 2 089
Pirşağı sakinləri su və yol problemi ilə bağlı Prezidentə müraciət ediblər
Pirşağı qəsəbəsinin sakinləri Prezident İlham Əliyevə su və qəsəbədaxili yolların problemləri ilə bağlı şikayətlərini açıq məktubda yazıblar.

Məktubun bir nüsxəsi haqqin.az-ın redaksiyasına daxil olub.

“Bakının kiçik qəsəbəsi olan Pirşağının 30 illik su və yollarla bağlı problemi bizi sizə açıq məktub yazmağa vadar etdi. Pirşağı həm tarixi cəhətdən unikal ərazidir, həm də Bakının həyatını nəhəng insan potensialı baxımından təmin edən, istedadlı şairlər, bəstəkarlar, elm adamları və dövlət xadimləri yetişdirən yerdir. Bu kiçik qəsəbə Azərbaycana Şeyxülislam Axund Ağa Əlizadə, sənətkarlar Mikayıl və Elbəy Rzaquluzadə, Tahir Salahov, şair Qabil, akademik Akif Əlizadə və hamının sevimlisi Xoşbəxt Yusifzadə kimi görkəmli şəxsiyyətləri bəxş edib. Ancaq bu gün kənddəki həyat su və yollar olmadan donub qalıb”, - məktubda deyilir.

Yerli sakinlər qeyd edirlər ki, bütün standartlara və tələblərə cavab verən yeganə yol qəsəbəni Sumqayıt ilə birləşdirən mərkəzi yoldur. Bu yol birbaşa Prezident İlham Əliyevin göstərişi ilə inşa edilib.

Sakinlərinin fikrincə, qəsəbənin ən vacib problemi su ilə bağlıdır.

“30 ildir, su maşınları ilə su alırıq, bunun müqabilində dövlət suyunun qiymətindən 10 qat artıq pul ödəyirik. Bəzi ərazilərə su xətti çəkilib, sayğaclar quraşdırılıb, lakin su hələ də gəlmir, gəlsə də, saatla olur”, - məktubda bildirilir.

Sərt karantin günlərində su maşınları işləmədiyi üçün sakinlər bu vacib ehtiyaclarını ödəmək üçün artıqlaması ilə pul ödəməli olublar.

Məktubun sonunda Pirşağı sakinləri dövlət başçısının problemləri ilə şəxsən tanış olacağına ümid etdiklərini bildiriblər.скачать dle 11.3
Mojo.az Banner