Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB təmsilçisi: "Bəsdir məsuliyyətsizlik etdiniz!"

16.06.2020 16:32 1 573
TƏBİB təmsilçisi:
Rəvanə Əliyeva: "Qabaqcıl ölkələrin səhiyyəsi belə, bu pandemiyaya tab gətirmir"

"Bu barədə ilk dəfədir post yazıram. Və bunu işlədiyim müəssisədə hansısa vəzifə sahibi kimi yox, dövlət adından yox, sadə vətəndaş kimi yazıram. Artıq həqiqətən dözmürəm. Bəsdir məsuliyyətsizlik etdiniz! Kanallardan birindən zəng ediblər, deyirlər ki, müxbirimiz 4-5 gündür yüksək qızdırma ilə işə gəlib-gedir. Deyirəm, niyə 103-ə məlumat vermir? Niyə gəzir ortalarda? Deyilir ki, karantində işləmək üçün ancaq onun adı verilib. Bu nə eqoistlikdir axı? O gün birində pozitiv çıxıb, güclə yoldaşı və oğlundan test götürülüb, demişik, gözləyin nəticəni. 5-ci gün zəng vurmuşam ki, oğlun pozitivdir, deyir ki, heç nəyi yoxdur ey onun, yığışıb uşaqlarla rayona çıxdılar. Niyə belə eqoistik? Niyə camaatın uşağına keçirməlidir axı xəstəliyi? Bəlkə aralarında hansısa yanaşı xəstəliyi olan var? Bəlkə qaldıra bilməyəcək və kiminsə ölümünə səbəb olacaqsız? Elə bir-birinə qoşulub gedənlərdə də günah var. Nə bilirsiniz ki, sabah mənimlə yoldaş olub uzaq yola bir maşında çıxsanız, mən daşıyıcı deyiləm, mən xəstə deyiləm? Niyə hər kəs məsuliyyətini dərk etmir? İndicə bir kanaldan zəng ediblər. Bacım tibb bacısıdır, 3 gündür qızdırmalıdır, rentgen edib pnevmoniyası var özünə sistem qoşur müalicə edir evdə, amma ağırlaşıb, xahiş edirəm, kömək edin. Dəfələrlə demişik ki, evdə müalicəyə qalxmayın! Ağırlaşıb gəlirsiniz, sonu pis nəticələnir, yenə də günahkar həkimlər olur".

Bu barədə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "Facebook" hesabında yazıb.

"Bilib-bilmədən hər şeydən mütəxəssis kimi danışmayın"

O, hər kəsi qaydalara riayət etməyə, məsuliyyətli olmağa çağırıb: "Heç bir qabaqcıl ölkələrin səhiyyəsi belə, bu pandemiyaya tab gətirmir. İtaliya, İspaniya kimi ölkələr ilk gündən vətəndaşları başlı-başına buraxdı. Rusiyada ilk günlərdə xəstəxanadan əlinə oksigen balonu verilib evə yola salınanlar olmuşdu. Bizdə isə simptomsuzlar belə, dövlət tərəfindən nəzarətə götürülüb izolyasiya edilirdi. Bəli, sosial şəbəkələrdə kimlərsə deyəcək ki, bu qədər postlar var, gecikirsiniz aparmağa. Bu vəziyyətin yaşanmaması üçün özümüzü öldürürdük. Buna baxmayaraq, yenə də hər hansı bir halı görən kimi dərhal reaksiya veririk. "İnanmıram" deyənlər çoxdur dostluğumda, ələ salanlar da həmçinin. Lap yaxınlarımdan da bunu yazanlar var. Amma onlar fərqində deyillər ki, məsuliyyəti olmayan eqoistlərə görə bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur. Bu müddətdə o qədər "inanmıram" deyib, sonra hansısa yaxını üçün yalvaranlar olub ki. Testin nəticəsi hələ bəlli olmadan "xahiş edirəm, yerləşdirin xəstəxanaya" deyənlər var. Mütləq özümüzə çatanda inanmalıyıq?! Mən istəmirəm sizin kimi məsuliyyətini dərk etməyən vətəndaşlara görə mənim əzizlərimə gəlib çatsın bu virus. Yuxarıda sadaladığım halların hər birinin əsasında heç nə vecinə olmayan, xəstəliyi yayan insanın məsuliyyətsizliyi dayanır. Kimlərsə "inanmıram" deyərək sahibi olduğu restoranının, kafesinin durumunu qurtarmaq üçün insanları inanmamağa səsləyən postlar paylaşırsa, bu, eqoistlikdir, məsuliyyətsizlikdir. Yazıb ələ saldığınız, insanları yalanlarınıza inandırmaq istədiyiniz məsələlərin hər birinə cavabım var, amma sizlərlə burada söz güləşdirməkdənsə, 1 dəqiqə belə vaxt itirmədən ölümlə savaşan insanlara kömək etməyi üstün tuturam. Bircə şey deyim, nəyəsə həqiqətən inanmırsınızsa, inancınızı özünüzdə saxlayın, bilib-bilmədən hər şeydən mütəxəssis kimi danışmayın, heç də yaxşı görünmürsünüz".

"Həftəsonu istirahətinizə görə insanların sağlamlığı təhlükəyə düşməli deyil"

R.Əliyeva bu bəladan qurtulmaq üçün indiki gərgin rejimdə gecə-gündüz işləməyə ilin sonuna qədər hazır olduğunu, lakin bəzi insanların məsuliyyətsiz davranışlarının onda acı təəssüf doğurduğunu yazıb: "Nə bu rejimdə işlədiyimə görə artıq pul almıram, nə də hər "koronavirus xəstəsi" tapılanda divident əldə etmirəm. Bəli, mən qorxuram, koronavirusdan qorxuram, özümə görə yox, ətrafımdakı insanlara, yaxınlarıma görə qorxuram. Siz də bir zəhmət, inanmasanız belə, maska taxaraq, məsafə gözləyərək, işiniz olmayanda küçəyə çıxmayaraq inanmayın. Sizin həftəsonu istirahətinizə görə insanların sağlamlığı təhlükəyə düşməli deyil! Ən əsası, həkimlərimiz ölür sizə görə".



//kaspi.az
скачать dle 11.3
Mojo.az Banner