22:58 Sumqayıtda ŞOK: "metallom"da mühafizəçinin meyiti tapıldı  |     22:51 Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib  |     22:40 “Broker Əbülfəz” yenidən səhnədə – Gömrüyün köhnə siması geri qayıdır?  |     22:39 "Sənin möhkəm çiyninə, məsləhətlərinə ehtiyacım var"  |     22:37 Monteneqroda Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO  |     22:28 Üçüncü oğlu da işdən çıxarıldı  |     22:16 Gəncədə ad günü dəvəti faciə ilə bitdi: dostunun tanışına ağır xəsarət yetirdi  |     22:05 Avtomobil məktəblini vurdu - FOTO  |     21:52 Dünya şöhrətli rəqqasın əsərinin premyerası Bakıda olacaq  |     21:38 Bu yaş dövründə idman edənlərin beyni gec qocalır  |     21:17 Restoranlarda bəh-bəhlə yediyimiz monqol quzuları belə kəsilirmiş... – Almadan əvvəl MÜTLƏQ OXUYUN!  |     21:07 Leyla Əliyeva İsmayıllı rayonuna səfərindən görüntülər paylaşdı  |     20:55 KİV: HƏMAS Qəzzada atəşkəsi pozub  |     20:48 Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə  |     20:40 Fəzail Ağamalıdan İTTİHAM: "Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir" - Nikahdankənar oğul məsələsi BÖYÜYÜR  |     20:32 Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 15 nəfər sakin təxliyə olunub  |     20:24 Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur  |     20:15 Ukrayna işıqsız qala bilər - XƏBƏRDARLIQ  |     20:09 Kişilərin əksəriyyəti BU BÜRCLƏRİN qadınlarına aşiq olur  |     19:59 Donuz əti xərçəng yaradır — Britaniyada bekon və vetçinaya qadağa tələbi  |    

Azərbaycanda 28 növ ilandan yalnız 6-sı zəhərlidir: İlanlar barədə nələri bilmirik?

Azərbaycanda olan 28 növ ilandan yalnız 6 növü zəhərlidir, bunlardan da "Levant gürzəsi” adlandırdığımız iri aran gürzəsi daha geniş yayılıb.

Bunu Trend-ə AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib.

Onun sözlərinə görə, bu gürzəyə enliyarpaq dağ meşələrindən, yüksək dağlıq ərazilərdən, Talış zonasından başqa, Azərbaycanın bütün isti və quraq düzənliklərində, dağətəyi çöllüklərində rast gəlinir. Bu gürzənin ölçüsü quyruğu ilə birlikdə ən çoxu 2 - 2,2 metr olur. Amma bu ölçüdə gürzəyə Azərbaycanda çox nadir hallarda rast gəlinə bilər. Ölkəmizdə əsasən 90-100 sm ölçüsü olan gürzələrə rast gəlinir:

"Çox vaxt sosial şəbəkələrdə Azərbaycanda 4 metr və uzun gürzə olması barədə şişirdilmiş görüntülər yayılır. Təbii ki, bu həqiqətə uyğun deyil. Əgər həqiqətən bu ölçüdə gürzə ilanı olsa, bu anomaliya halı kimi qiymətli elmi tapıntı olardı. Belə tapıntının lazımi orqanlara təhvil verilməsi vacibdir”.

T.İsgəndərov əlavə edib ki, Azərbaycanda rast gəlinən digər 5 növ gürzələr xırdaölçülü dağ gürzələridir, çox məhdud ərazilərdə, həm də çox nadir rast gəlinən gürzələrdir.

Qalan 22 növ ilanlar isə müxtəlif növ təlxələr, suilanları, eyrenislərdir ki, onlar da insan həyatı üçün heç bir təhlükəsi olmayan zəhərsiz ilan növləridir:

"Bu ilanların bəziləri (Qızıl ilan, Kələz ilan) ilkin halda çox nadinc və aqressiv olsalar da, sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur. Əhalinin ilanlar barədə lazımi bilgiləri və məlumatları olmadığı üçün adamlar ilanla rastlaşdıqda instinktiv olaraq qorxur və narahat olurlar. İlanlardan qorunmağın iki yolu var. Birincisi, təbii yoldur. Unutmamalıyıq ki, qışlamadan yenicə çıxmış ilanlar aprel ayından başalayaraq iyun ayının ortalarına kimi torpaq hələ qızmadığı üçün bütün sutka ərzində fəaldırlar, yemlənmə və çoxalma məqsədilə ətraf ərazilərə səpələnirlər. Bu, onların həyat tərzridir və insanla heç bir əlaqəsi yoxdur. Çox vaxt biz ilanlar üçün öz ərazimizdə əlverişli şərait yaradıb, sanki ilanları "dəvət” edirik. Bu nə deməkdir? İlanlar gizli həyat tərzi keçirirlər. Onlar yedikləri heyvan növləri olan ərazini tapır, sonra orada şikarını tutmaq üçün gizlənmə yeri seçib pusqu qurur və şikarı keçərkən ani sıçrayışla tuturlar. Əgər biz təsadüfən bu yerə çox yaxın keçsək, ilan təhlükə hiss etdiyi üçün bizi də sanca bilər".

T.İsgəndərov qeyd edib ki, ilandan qorunmağın ən etibarlı yolu ərazidə ilan üçün münbit və əlverişli şəraiti aradan qaldırmaq - ilan üçün gizlənmə yerləri qoymamaq, əşyaları, materialları yerdən 50-60 sm hüdürlükdə dayaq üzərinə yığmaq, ərazini səliqəli saxlamaq, otu, kol-kosu biçmək, siçan-siçovul və quş yuvalarını ləğv etmək və s-dir. İlanlardan qorunmağın ikinci yolu əraziyə ilan keçməsi ehtimal olunan yerləri, hasardakı məsamələri, ərazidə ilanın gizlənməsi mümkün ola biləcək yerləri xüsusi kəskin qoxulu maye, toz və ya briket (dənəvər) formada olan ilanqovucu preparatlarla işləməkdir. Bu preparatlar zəhərli olmayan, ərazini ekoloji çirkləndirməyən kəskin qoxulu kimyəvi qarışıqlar, maddələr olmalıdır, onların köməyi ilə ilanları ərazidən qovmaq ilanın kəskin iy və qoxulara qarşı həssas olmasına əsaslanır:

"İy və qoxu müvəqqəti, keçici olduğu üçün, təbii ki, bir neçə günə preparatın iyi, qoxusu yox olur və effekti də itir. Ona görə qoxulu preparatlarla işləmə hər 7-10 gündən bir təkrarlanmalıdır. Digər tərəfdən, unutmaq olmaz ki, ilan təkrarlanan eyni iyə öyrəşə də bilir və buna görə təkrar olaraq uzun müddət fasiləsiz tətbiq olunan preparatın effekti olmur. Bunları nəzərə alaraq, qeyd etməliyik ki, qoxulu preparatlardan istifadə etməklə ilanlardan 100 %-li qorumanı təmin etmək qeyri mümkündür”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            918 15.06.20 20:35