Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisin deputatına üç ay ərzində 863 müraciət ünvanlanıb - VİDEO

12.06.2020 20:37 1 466
Milli Məclisin deputatına üç ay ərzində 863 müraciət ünvanlanıb - VİDEO
VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından keçən üç ay ərzində vətəndaşlar tərəfindən ünvanıma ümumilikdə 863 müraciət daxil olmuşdur. Onlardan 469-u (54.3%) birbaşa Qərargaha, 172-i telefon (19.9 %), 181-i (21%) sosial şəbəkələr vasitəsilə, 41-i (4.75%) isə yazılı ərizə formasında ünvanlanıb.

Median.Az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Gənclər və idman komitəsinin üzvü, deputat Könül Nurullayeva məlumat verib.

Onun sözlərinə görə, daxil olmuş müraciətlərin mövzular üzrə təhlili vətəndaşların əsas probleminin işsizlik, maddi yardım, torpaq sahəsinin ayrılmasına köməklik, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə ilə bağlı dəstək, təqaüdə çıxmağa köməklik, işlədikləri müəssisələrin rəhbərlərinin fəaliyyətindən şikayətlər və s. məsələlərlə bağlı olduğunu göstərir. Yazılı formada daxil olmuş 41 ərizə baxılaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına göndərilib. Müraciətlərin 5-i mərkəzi icra hakimiyyəti orqanlarına, 9-u yerli icra hakimiyyəti orqanlarına, 2-i "Azərsu" ASC və "Azərişıq" ASC-yə, 4-ü digər qurumlara göndərilmiş, 5 müraciət üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilmişdir, 16 müraciət isə icra mərhələsindədir. Eyni zamanda Nizami rayonu Q.Qarayev 2A ünvanında yerləşən Deputat Qərargahına vətəndaşlar tərəfindən birbaşa, telefon və sosial şəbəkələr vasitəsilə 822 sayda müraciət daxil olub".

Deputat bildirib ki, müraciətlər təkcə Nizami rayonu ilə məhdudlaşmamış, o cümlədən respublikanın müxtəlif bölgələrindən və rayonlarından da daxil olub: "Tibbi müayinə və müalicələrə köməklik göstərilməsi ilə əlaqədar müraciətlərə baxılmış, onların əksəriyyətinə köməklik göstərilmiş, eyni zamanda “Modern Hospital” klinikası ilə birgə layihə həyata keçirilərək pandemiya dövründə yataq xəstəsi və yaşı 65-dən yuxarı müayinəyə ehtiyacı olan insanlarımızdan 25 nəfərinin evdə müayinəsi təmin olunmuşdur. Ötən dövr ərzində sosial qayğıya ehtiyacı olan insanlar tərəfindən edilmiş müraciətlərə diqqətlə yanaşılmış, səlahiyyətlərimiz daxilində onların problemlərinin həllinə nail olunmuş, ərazidə yaşayan aztəminatlı ailələr xüsusi diqqətdə saxlanılmışdır. Maddi yardım xahişləri ilə bağlı edilən 436 müraciət üzrə araşdırma aparılmış və son dərəcə ehtiyacı olan, pandemiya dövründə işini itirmiş, yaşı 65-dən yuxarı və tənha yaşayan, bir neçə xroniki xəstəliklərdən əziyyət çəkməklə koronavirusa yoluxma riski yüksək olan kimsəsizlərə və aztəminatlı ailələrə ötən dövr ərzində dəfələrlə ərzaq yardımı göstərilmiş, 98 nəfərə isə birdəfəlik maddi yardım edilmişdir. Bundan başqa, Nizami rayonunda fəaliyyət göstərən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının üzvlərinə, Çernobıl Cəmiyyəti üzvlərinə, Nizami Rayon Ağsaqqallar Şurasının, Nizami rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının üzvlərinə Novruz və Ramazan bayramlarında, Azərbaycan Rus İcması Nizami rayon təşkilatının üzvlərinə “Pasxa” bayramında ərzaq yardımı göstərilmişdir".

"Ümumilikdə hesabat verdiyimiz 3 ay ərzində 24 saylı Nizami birinci seçki dairəsinin ərazisində 2 740 nəfər olmaqla ehtiyacı olan aztəminatlı ailələrə və cəmiyyət üzvlərinə ərzaq yardımı göstərilmiş, fərdi müraciətlər əsasında isə 98 nəfərə birdəfəlik maddi yardım göstərilmişdir. Bəzi müraciətlərin təmin edilməməsinin əsas səbəbi xahişlərin qeyri-real olmasıdır. Bunlara Bakı şəhərində mənzil alınmasına yardım, fərdi yaşayış evinin və obyekt tikintisi üçün torpaq sahəsinin ayrılması, ev tikilməsi, xarici ölkələrdə müalicə və s. kimi müraciətləri aid etmək olar", - K.Nurullayeva qeyd edib.

O deyib ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra aprel ayının əvvələrindən başlayaraq vətəndaşların qəbulu onlayn şəkildə və Deputat Qərargahında həyata keçirilib: "Hesabat dövrü ərzində görüşlərin ikisi canlı olmaqla ümumilikdə 8 qəbul təşkil edilmiş və 108 vətəndaşımızın problemləri dinlənilmişdir. Vətəndaşların müraciətlərinə baxılarkən “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmuş, daxil olmuş müraciətlərə mahiyyəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə baxılmış, müraciətlərin aidiyyəti üzrə müvafiq strukturlara göndərilməsi, əsassız tələblərlə əlaqədar vətəndaşlara izahlar verilməsi təmin edilmişdir".

K.Nurullayeva hesabat dövründə bir neçə sosial layihənin də həyata keçirildiyini vurğulayıb: "Bunlar “Bir donor, iki həyat” qanvermə aksiyası, “Modern Hospital” klinikası ilə birgə layihə çərçivəsində evdə müayinə, “Yaradıcılığı evdə öyrən” Mədəniyyət Nazirliyi ilə birgə layihə, “Ehtiyacı olanlara öz payından pay ver” sosial aksiyasıdır. İyunun 8-dən isə “Gənclər üçün yay təcrübə məktəbi” layihəsinə start verilib".скачать dle 11.3
Mojo.az Banner