Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

24 il əvvəlki iyunda qeydə alınan yüksək temperatur bu il təkrarlana bilər - Baş hidroloq

11.06.2020 20:21 2 113
24 il əvvəlki iyunda qeydə alınan yüksək temperatur bu il təkrarlana bilər - Baş hidroloq
Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Xidmətinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, iyunun son günlərində Bakıda və Abşeron yarımadasında temperaturun yüksəlməsi müşahidə edilir. Dünən Bakıda 35-37 dərəcə isti müşahidə edilib ki, bu da iqlim normasından 4-5 dərəcə çox olub.

A.Verdiyev qeyd edib ki, iyunun 13 və 14-də temperaturun bir qədər də yüksələcəyi gözlənilir. Həmin günlərdə Bakıda Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək, Mərkəzi Aran rayonlarında 42 dərəcəyədək yüksəlməsi gözlənilir.

Nazirlik rəsmisi bildirib ki, son 25-27 il ərzində iyunda ən yüksək temperatur 40 dərəcə olmaqla, 1996-cı il iyunun 17-də müşahidə edilib:

"Əgər iyunun 13-14-də Bakıda 40 dərəcə isti müşahidə edilərsə, onda bu il iyun ayında 1996-cı ildəki yüksək temperatur təkrar qeydə alınacaq" .



Baş hidroloq son 25-27 ildə ən isti iyun ayının 2019-cu ildə qeydə alındığını söyləyib:

"Lakin ötən il iyunun isti keçməsi yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilib. Bu il iyun ayı hələlik isti keçir. Qeydə alınan temperatur uyun ayı üçün xarakterik deyil, amma indiyədək iyun ayı üçün anomal temperatur müşahidə edilməyib".скачать dle 11.3
Mojo.az Banner