Mojo.az Banner
22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda ata dilənmək istəməyən 11 yaşlı oğlunu başından bıçaqladı - FOTO

27.05.2020 12:38 3 346
Bakıda ata dilənmək istəməyən 11 yaşlı oğlunu başından bıçaqladı - FOTO
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.

Bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası “Report”a bildirib ki, F.İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçilik etməyə məcbur edir. Sonuncu hadisə isə C.İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənmək istəməməsi bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.





скачать dle 11.3
Mojo.az Banner