Mojo.az Banner
14:12 "Elə şəxslər tanıyıram ki, 7 il imtahan verib qəbul olublar" - Məleykə Abbaszadə  |     14:04 Sumqayıtda restorandan oğurluq etdilər, motosikleti qaçırdılar  |     13:59 Bakı Metropoliteni 200-ə qədər vaqon alacaq  |     13:53 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək  |     13:45 Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanıldı  |     13:40 Azərbaycan bu ölkələrlə yeni elektrik layihəsi üzrə danışıqlar aparır  |     13:33 Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO  |     13:28 DYP piyadalara müraciət etdi  |     13:20 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb  |     13:15 "Qarabağ" bu gün "Dinamo" ilə cavab matçına çıxır  |     13:09 Serbiyalı futbolçu "Beşiktaş"a keçdi  |     12:53 Bu abituriyentlər 150 balla universitetə qəbul ola bilərlər  |     12:39 Ağdaşda 53 yaşlı kişinin meyiti aşkarlanıb  |     12:36 Bu ilin ilk 7 ayında neçə nəfərə əlillik təyin edilib?  |     12:35 Ötən ay 132 nəfər Azərbaycandan çıxarılıb  |     12:31 Rusiya ordusu Ukraynada sərnişin qatarını vurdu: Ölənlər var  |     12:28 Azərbaycanda mövcud epidemioloji vəziyyət AÇIQLANDI  |     12:18 “Simurq” kitabxanasının taleyi necə olacaq? – Rəşad Məcid Median.Az-a danışdı  |     12:07 Şəhid atası "Azərişıq"dan şikayətləndi: "Sayğaca yüklədiyim pul yoxa çıxır" — FOTO  |     11:49 Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlanıb  |    
Left Banner
Right Banner

Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək

21.05.2020 17:35 3 126
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
Azərbaycanda mayın 22-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacağı gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 22-də Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 22-də Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.скачать dle 11.3
Mojo.az Banner