20:22 Artan qiymət, dəyişməyən keyfiyyət: Metroda qatarlar niyə gecikir?  |     20:15 Oğuzda kafedə tək qalan oğlan qolunu kəsdi, həbs olundu  |     20:13 Zelenski Starmerlə görüşdü  |     20:09 Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi  |     20:00 Qəzza üçün xüsusi beynəlxalq komissiya yaradılacaq  |     19:53 Mask robot ordusu yaradır  |     19:45 İtaliya Ukraynaya 12-ci hərbi yardım paketini hazırlayır  |     19:38 Qayınanasının sözləri Dilarə Əliyevanı kövrəltdi - VİDEO  |     19:30 “Azercell”dən yayılan xəbərlərlə bağlı - Açıqlama  |     19:26 Anar Əsədli həbs edilib  |     19:19 Ağdaşda “Heyva festivalı” keçiriləcək  |     19:05 PA-nın noyabr ayına olan vətəndaş qəbulu açıqlandı  |     18:58 Erməni kilsəsinə məxsus telekanal bağlanır  |     18:44 Badamdarda ağacların kəsilməsi minlərlə manat ziyana səbəb olub  |     18:39 Məcburi köçkün olan rejissorun yataqxanada yaşaması təmin edilib - Komitədən AÇIQLAMA  |     18:18 Metrologiya İnstitutunun rəhbərliyinə yeni təyinat olub  |     18:02 MİQ imtahanı pullu olacaq  |     17:50 Prezidentin rəis təyin etdiyi Sərdar Səfərov kimdir? - DOSYE  |     17:29 Qəzzanın minalardan təmizlənməsi 30 il çəkə bilər  |     17:23 General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi - SƏRƏNCAM  |    

Nazirlikdən ov mövsümünün başlayacağı tarixlə bağlı AÇIQLAMA

Ölkə ərazisində ov mövsümünün açılması məsələsinin müzakirəsi məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iclasda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində 2020-2021-ci illərin ov mövsümünün açılıb-açılmaması məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 31 may 2020-ci il tarixində veriləcək növbəti qərardan sonra baxılması razılığına gəlinib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova qeyd edib ki, hər il may ayının sonunda, ov mövsümü başlamazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyində daimi fəaliyyət göstərən Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilir və ov obyekti olan vəhşi heyvan, quş növlərinin ovlanma müddətləri, normaları, həmçinin onların ovlanması üçün nəzərdə tutulan ov icazələrinin sayı müəyyənləşdirilir.

Şurada Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri təmsil olunurlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 375 20.05.20 17:42