Mojo.az Banner
Left Banner
Right Banner

Ov mövsümü açıq elan edilib

22.01.2025 16:27 1 350
Ov mövsümü açıq elan edilib
Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Bildirilib ki, 22 yanvar 2025-ci il tarixindən Azərbaycan Respublikası ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən əldə edə bilərlər.

"Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüfatlarının sahələrindən istifadə etsinlər", - deyə nazirlikdən bildirilib.скачать dle 11.3
Mojo.az Banner