Mojo.az — elanlar
RU
Son Xəbərlər
16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı

20.05.2020 13:56 1 988
COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı
Amerikalı mikrobioloqlar apardıqları araşdırmadan sonra sensasiyalı nəticələr əldə ediblər.

“Medicine” jurnalının yazdığına görə, alimlər 2015-2018-ci illərdə donorlardan toplanmış qanda T-limfositlərin SARS-CoV-2 virusuna qarşı immun reaksiyasını aşkarlayıblar.

Əvvəlcə mütəxəssislər fərqli məsələnin həlli üçün işə başlasalar da, araşdırma prosesində pandemiyadan xeyli əvvəl bağışlanan qan nümunələrindən alınan T-hüceyrələrinin koronavirus antigenlərinə qarşı immunitet reaksiyasını yoxlamaq qərarına gəliblər.

Nümunələrdən, demək olar ki, yarısının T-hüceyrələri virus antigenlərinə qarşı müəyyən reaksiya göstərib. Tədqiqatçılar bildirib ki, donorlardan yeddi nəfəri bir zamanlar digər koronavirus növlərinə yoluxub və orqanizm “qohum” patogenlərə qarşı immunitet inkişaf etdirib.

Bu, o deməkdir ki, COVID-19 bu insanları təhdid edə bilməz. Belə insanların sayı isə çox ola bilər.

Son xəbərlər