Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranın altı kəndinin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb - VİDEO

18.05.2020 19:53 1 426
Lənkəranın altı kəndinin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb - VİDEO
Lənkəranda xüsusi karantin rejimi zamanı tətbiq edilən qadağaların yüngülləşdirilməsi sakinlərin uzun müddətli intizarına son qoyub.

“Report”un xəbərinə görə, iki ay müddətində yalnız zəruri hallarda evdən çıxmasına icazə verilən insanlar tədricən normal həyat ritminə qayıdır. Hər kəs öz işinin başına dönür. Uzun müddətdir ev şəraitində qaldıqdan sonra yaşı 65-dən çox olan insanlar da dincəlmək üçün park və istirahət guşələrinə üz tutur.

Azyaşlı uşaqlar isə hamıdan çox sevinir, onlar heç nə olmamış kimi öz əyləncələrinə davam edir.

Restoranlarda müştərilərin yerində qəbulu üçün işçilər təlimatlandırılıb. İctimai iaşə məkanlarında sosial izolyasiya və gigiyenik qaydaların gözlənilməsi üçün zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. Çay evlərində isə müştərilər əsasən açıq havada oturmağa üstünlük verirlər.

Lənkəranın altı kəndində - Separadi, Vilvan, Şağlaser, Sütəmurdov, Şilavar və Boladi kəndlərində son günlər koronovirusa yoluxma halları müşahidə olunduğundan bu kəndlərin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb. Təlimata uyğun olaraq yoxlamalar aparılır.

Son xəbərlər