Mojo.az Banner
13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı YENİLİK

18.05.2020 17:54 1 416
Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı YENİLİK
“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, layihə qəbul edilərsə, başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan təqaüdün məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

Məsələn, başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir. Bu məbləğ ailənin üç nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri ayrıca pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq.

Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə olunur.

Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunvericiliklə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, nəzərdə tutulan iki sosial təminat növündən birini (ailə başçısını itirməyə görə pensiyanı və ya müavinəti) seçmək hüququ verilib.скачать dle 11.3
Mojo.az Banner