Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Su polisi 40 min manatlıq oğurluq edən şəxsi yaxaladı - VİDEO

13.05.2020 13:49 1 426
Su polisi 40 min manatlıq oğurluq edən şəxsi yaxaladı - VİDEO
Paytaxtın Pirallahı rayonunun sakinlərindən daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yaymışdı.

Bildirilib ki, idarəyə rayon ərazisində qanunla nəzərdə tutulan qaydalar çərçivəsində balıqçılıqla məşğul olan vətəndaşlardan onlara məxsus qayıqların üzərində olan asma mühərriklərin naməlum şəraitdə oğurlandığı barədə müraciətlər edilib. Zərərçəkən şəxslər izahatlarında ümumi dəyəri 40 min manata yaxın olan altı ədəd müxtəlif markalı mühərrikin oğurlandığını bildiriblər.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən şəxsin axtarışlarına başlanılıb.

Qısa zamanda görülən tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Şirinov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində bu ilin fevral ayından başlayaraq, Gürgan və Zirə qəsəbələrində dəniz kənarında qayıqların mühərriklərini oğurladığını etiraf edib.

Ümumilikdə, Pərviz Şirinov cari ilin fevral-aprel ayları ərzində müxtəlif vaxtlarda üç dəfə qeyd edilən qəsəbələrin dəniz sahilindən qayıqlardan asma mühərriklər oğurladığını bildirib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evin yardımçı təsərrüfatına baxış zamanı onun oğurladığı mühərriklər aşkar olunaraq, maddi sübut kimi götürülüb və sahiblərinə qaytarılıb.

Zərərçəkən şəxslər həyata keçirilən operativ əməliyyat-axtarış tədbirlərinə və oğurlanan mühərriklərin tapılaraq onlara qaytarılmasına görə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Qeyd olunan faktlarla bağlı Su Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işinə başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə, həmçinin, Xəzər dənizində qanun pozuntusuna yol verən şəxslərə qarşı mübarizə və əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.


скачать dle 11.3
Mojo.az Banner