Mojo.az Banner
20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO

02.05.2020 15:14 2 567
Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO
Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müəyyən edilən müddətə qədər karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Zaqatala və Qax rayonları arasında yaradılan postda “Mercedes” markalı yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, maşında olan Tərtər rayon sakini Paşa Məmmədovun hər hansı icazəsinin olmadığı müəyyən olunub.

Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq asayiş keşikçilərinin çevikliyi nəticəsində o və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Karantin rejimi qaydalarını pozduqları üçün onların barəsində qanunauyğun tədbirlər görülüb.

скачать dle 11.3
Mojo.az Banner