23:01 Marketdə istehlaka yararsız məhsullar aşkarlanıb  |     22:54 "Roşka" ləqəbli tiktokerin məhkəməsi: Sərbəst ifadələr yekunlaşdı  |     22:48 Yeraltı keçidlər sökülə bilər? - EKSPERT AÇIQLADI  |     22:42 Ağdamda dəfn edilmiş şəxsin məzar daşı Xocavənddə aşkarlanıb  |     22:35 Vensan Abubakar rəsmən "Neftçi"də  |     22:30 Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu  |     22:22 F-16 və F-22: Niyə daha sürətli təyyarə həmişə daha yaxşı deyil?  |     22:15 Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi  |     22:09 Həccə getmək istəyənlərin nəzərinə! - Qiymət AÇIQLANDI  |     22:01 Kobaxidze: İrəvanla Bakı arasında sülhün bərqərar olması regional əməkdaşlığa yeni təkan verəcək  |     21:52 "Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir"  |     21:29 Güləşçimiz dünya çempionu oldu  |     21:00 Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından SİLİNDİ  |     20:52 Bakıda məktəbdə yanğın olub  |     20:46 Mingəçevirdə iki piyadanı maşın vurub, onlardan biri ölüb  |     20:37 Şirvan kanalında batan şəxsin meyiti tapılıb  |     20:24 19 yaşlı Ləmanın atası hər şeyi danışdı - ölümünə səbəb gəlinlik imiş... - FOTO  |     20:15 ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)  |     20:04 Şəkidə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1  |     19:59 Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək  |    

Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi birgə məlumat yayıb.

DİM-dən verilən xəbərə görə, məlumatda deyilir:

“Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına əsasən, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mayın 4-dən 31-dək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Bu qərara uyğun olaraq, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə və monitorinqlərin aparılması, birinci sinifə qəbulun təşkili, təhsil alanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilmə vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək.

1 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 244 01.05.20 17:58