Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

SOCAR Sumqayıtdakı aztəminatlı ailələrə və ahıl vətəndaşlara ərzaq yardımı edir

25.04.2020 19:24 1 477
SOCAR Sumqayıtdakı aztəminatlı ailələrə və ahıl vətəndaşlara ərzaq yardımı edir
Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, SOCAR-ın dəstəyi ilə “Azərikimya” İstehsalat Birliyinin kimyaçıları Sumqayıtda geniş yardım kampaniyasına qoşulub.

“Report” xəbər verir ki, “Azərikimya” Sumqayıt İcra Hakimiyyəti tərəfindən təqdim olunan maddi köməyə ehtiyacı olan ailələrin siyahısı üzrə ərzaq paketlərini ünvanlara birbaşa çatdırır.

Kampaniyada kimyaçılar şəhərinin veteran kimyaçılarına, 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə ərzaq və gündəlik tələbat mallarından ibarət yardım qutuları təqdim olunur.

Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

“Azərikimya” tərəfindən Sumqayıt şəhəri və ətrafında yaşayan ahıl və aztəminatlı ailəyə ərzaq yardımı bir neçə gün davam edəcək və minlərlə ailəyə yardım edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına və eyni zamanda “evdə qal” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın bütün idarə və müəssisələri yaxından iştirak edir.скачать dle 11.3
Mojo.az Banner