İcra Hakimiyyəti Kamil Zeynallıya cavab verdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 Psixoloji problemləri olan yeniyetmə onu təhqir edən azyaşlı qonşusunu döydü  |     13:21 İrandan Azərbaycana altı kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb  |     13:09 Bakıda qızıl-zinət əşyaları və mobil telefonlar oğurlayanlar tutuldu  |     12:49 Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artıb  |     12:48 Günəşdə ikinci ən böyük partlayış baş verib  |     12:31 Ötən il Azərbaycanda övladlığa götürülən uşaqların sayında artım qeydə alınıb  |     12:29 BMT: "Pakistanda 10 gün ərzində daşqınlar nəticəsində 400 nəfər ölüb"  |     12:27 Bakıda ƏMƏLİYYAT: Səkkiz nəfər 44 kiloqram narkotiklə ələ keçdi - Video  |     12:25 Nənəsinin evində əxlaqsızlıq yuvası təşkil edən qadınla bağlı QƏRAR  |     12:23 "Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı CİNAYƏT İŞİ açılıb  |     12:22 Xidmətdən boyun qaçıran erməni hərbçi özünə güllə xəsarəti yetirib  |     12:21 "Bitcoin"in qiyməti iyulun əvvəlindən bəri ilk dəfə 110 min dollardan aşağı düşüb  |     12:16 Keçmiş məcburi köçkün evdən çıxmaq üçün 20 min manat tələb edir - İDDİA (Video)  |     12:10 Arzu Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib - FOTO  |     11:53 Alyona Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib - FOTO  |     11:51 Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib  |     11:49 Rusiyada bloqer Arsen Markaryan həbs edildi  |     11:27 Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər  |     11:18 Azərbaycanda ailənin üçüncü uşaq itkisi - 11 yaşlı rüzgarın ölümü hamını sarsıtdı  |     23:01 BQXK Azərbaycanda fəaliyyətini dayandırır  |    

İcra Hakimiyyəti Kamil Zeynallıya cavab verdi - VİDEO

Pirallahı Rayon İcra Hakimiyyəti həmin rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, son zamanlar “COVID-19” virusunun yayılmasını əsas tutaraq bəzi “xeyriyyəçilər” digər mənbələrdən bəhrələnərək yardım və köməklik adı altında özlərinə divident qazanmağa çalışırlar:

“Adı sosial şəbəkələrdə hallanan Şaharov Oktay Əlifyar oğlu özü və 5 nəfər ailə üzvü ilə birgə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, yeni sahə ünvanında yerləşən dənizkənarı bağ sahəsində məskunlaşıb. Şaharovlar ailəsi bütövlükdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatındadırlar. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən ailənin içməli su və enerji təchizatı məsələləri həll olunub, yaranmış borclar ödənilib. Həmin ailəyə mütəmadi olaraq ərzaq və maliyyə yardımları edilməkdədir.

Şaharovlar ailəsinin 2 üzvü - Şaharova Nisə İman qız və Qəmbərova Samirə Oktay qızı cənab İlham Əliyevin göstərişi ilə yaradılmış “Dost iş mərkəzi” MMC-də dalandar kimi işlə təmin ediliblər ki, bu da öz növbəsində ailənin maddi durumuna müsbət təsirini göstərib. Belə ki, ailənin qeyd olunan iki üzvünün dövlət tərəfindən verilən aylıq məvacibi ümumilikdə 482 azn təşkil edir. Bundan əlavə digər müavinətlər hesabına ailənin büdcəsinə daha 450 azn daxil olur. Ümumilikdə ailənin aylıq gəliri 932 azn təşkil edir”.

İcra Hakimiyyətindən vurğulanıb ki, ölkə başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən yerlərdə aztəminatlı ailələrə ərzaq yardımları, işsizlik statusu olan vətəndaşlara birdəfəlik ödəmələr, tənha yaşayan və yardıma ehtiyacı olan 65 yaşdan yuxarı şəxslərə mütəmadi ərzaq, maddi köməkliklər və sosial könüllü xidmətləri göstərilir:

“O cümlədən Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 430-dan çox aztəminatlı ailəyə, yaşı 65-dən çox olan kimsəsiz tənha yaşayan insanlara ərzaq və maliyyə yardımları göstərilib, 15 nəfər könüllülərdən ibarət yaradılmış mobil qrup tərəfindən gündəlik tələbat məhsullarının alınaraq ünvanlara çatdırılması kimi sosial xidmətlər göstərilməkdədir”.

İcra Hakimiyyəti sözügedən ailə bağlı məlumatları sosial şəbəkədə yayan Kamil Zeynallının ittihamlarına cavab verib:

“Özünü “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui-istifadə edərək sadəlövh insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cuzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir. Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 493 14.04.20 14:19