Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

“ASAN xidmət”də qəbula limit qoyulur: 1001-ci adam sabaha qalacaq - RƏSMİ

25.04.2020 14:59 2 966
“ASAN xidmət”də qəbula limit qoyulur: 1001-ci adam sabaha qalacaq - RƏSMİ
“Vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmək üçün öncə onlayn növbə götürsünlər. Daha sonra isə SMS icazə alsınlar. Bu, vətəndaşın vaxtını idarə etməsini asanlaşdıracaq. Çünki “ASAN” mərkəzlərinə müraciət limitli olacaq”.

Median.Az
-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.

O qeyd edib ki, gün ərzində bir mərkəz 1000 nəfərə xidmət edəcək:

“1001-ci adam artıq sabahkı günə onlayn icazə almalı olacaq”.

Ü.Mehdiyev qeyd edib ki, aprelin 27-dən “ASAN xidmət” mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək.

Son xəbərlər