Mojo.az Banner
22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaşar Bəşirov: “Karateçilərimizdən koronavirus üçün test götürülməsini mən istəmişdim”

22.04.2020 22:59 2 001
Yaşar Bəşirov: “Karateçilərimizdən koronavirus üçün test götürülməsini mən istəmişdim”
“Karate yarışlarının nə vaxt başlaması ilə bağlı heç bir yenilik yoxdur. Mən özüm Ümumdünya Karate Federasiyasının Texniki Komitəsinin üzvüyəm. Hələ ki videokonfrans keçirməmişik.

Mirhəsən Seyidovun keçən ay Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra federasiyada baş katib postu hələ də boşdur. Baş katib icraedici vəzifə olduğundan, martda Avropa çempionatı zamanı bizə lazım idi. Avropa çempionatı da koronavirusa görə ləğv olundu. Ona görə də baş katib təyinatı üzərində tələsmirik”.

Bunu oxu.az-a açıqlamasında Azərbaycanın Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

“Baş məşqçimiz Bahattin Kandaz da komanda ilə birgə Azərbaycandadır. Onun Azərbaycan pasportu da var. Bildiyiniz kimi, karate millimiz toplanışdadır. Martın 22-dən aparıcı karate üzvlərimiz bir yerdə məşq keçir. Onlar hələ ki fiziki məşqlə məşğuldurlar, bu dəqiqə onlara bu daha çox lazımdır. Daha sonra texniki-taktiki məşqlərə başlayacaqlar.

Düzdür, onlar Novruz bayramından ailələrindən kənar qalıblar, darıxırlar. İki-üç gün əvvəl soruşdum ki, darıxırsınızsa, toplanışı bitirək. Amma mənə dedilər ki, məşq etmək lazımdır, evdə gedib neyləyəcəyik ki?! Mayın 4-ü karantin bitəndə bizim idmançılar da ordan buraxılacaq.

Qızlardan Fəridə Əliyeva və kataçı Neda Rezai toplanışdadır. Nuranə Əliyeva hava limanında, Fəridə Abıyeva isə Dövlət Sərhəd Xidmətində işlədiyi üçün onlara icazə vermişik. Oğlanlardan isə demək olar ki, hamısı məşqdədir. Turqut Həsənov Gəncədə idi, bir həftədir ki, o da komandaya qoşulub.

Onlardan koronavirusa qarşı analiz alınıb. Hamısının testi neqativ çıxdı. Test götürülməsini mən istəmişdim. Çünki bir yerdə məşq edirlər deyə, təhlükəsizliyi qorumaq lazımdır. Sona yaxın bir dəfə də etdirəcəyəm.

MMA döyüşçüləri isə bizdən əvvəl də orda təlim-məşq toplanışında idilər. Onlarla heç bir əlaqəm yoxdur”.скачать dle 11.3
Mojo.az Banner