Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:41 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisdən sektor müdiri vəzifəsinə yeni təyinatla bağlı rəsmi açıqlama

21.04.2020 21:18 1 937
Milli Məclisdən sektor müdiri vəzifəsinə yeni təyinatla bağlı rəsmi açıqlama
Milli Məclis parlamentin Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə yeni təyinatla bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli Məclisin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.

"Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil. Belə ki, Eldar Əsgərov 13 fevral 2017-ci il tarixdən Parlament Aparatının yuxarıda adı çəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır. KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər