Mojo.az Banner
19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |     18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |     18:21 Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək  |     18:13 Şəhidin həyat yoldaşı vəfat etdi  |     18:08 Şəxsiyyət vəsiqəsində ananın adı niyə yoxdur? - VİDEO  |     18:05 Paytaxtın hazırda bəzi küçələrində sıxlıq var - SİYAHI  |     17:35 Qayınata gəlininin qətlində təqsirləndirilir  |     17:35 Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada aclıqdan əziyyət çəkənlərin sayı iki dəfə arta bilər

21.04.2020 19:46 2 218
Dünyada aclıqdan əziyyət çəkənlərin sayı iki dəfə arta bilər
Ərzaq qıtlığı ilə üzləşərək kəskin aclıqdan əziyyət çəkənlərin sayı 2019-cu ildəki 130 milyon nəfərə qarşı cari ildə COVID-19 pandemiyası üzündən ikiqat arta bilər.

Median.Az
xəbər verir ki, bu barədə Dünya Qida Proqramı (WFP) tərəfindən açıqlanan növbəti Qlobal Ərzaq Böhranları Hesabatında bildirilir.

Ekspertlərin qənaətincə, ən risqli regionlara ərzaq və humanitar yardımlar çatdırmaq üçün qısa vaxtda tədbirlər görülməsə, hazırkı koronavirus böhranı milyonlarla insanı aclığa düçar edə bilər. Belə ki, 2020-ci ilin sonunadək kəskin ərzaq etibarsızlığı üzündən dünya boyu aclıqla üzləşənlərin sayı 265 milyona çatacağı güman edilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), WFP və daha 14 təşkilat tərəfindən hazırlanan Qlobal Ərzaq Böhranları Hesabatına görə, bəzi ən kasıb ölkələr koronavirusdan zərər çəkmiş xalqlarını qorumağa, aclığın qurbanına çevrilməmələrinə çalışmaq məcburiyyətilə üzləşə bilər. Hesabatda hazırda Orta Şərqdən Asiya və Latın Amerikasınadək geniş əraziləri ağuşuna alan siyasi təbəddülatların də təsirilə 2007-2008-ci illərdə baş vermiş ərzağın bahalaşmasının təkrarlanacağı barədə xəbərdarlıqlar yer alır. Bununla yanaşı, kölgə iqtisadiyyatında çalışanların, habelə 79 milyon qaçqın və məcburi köçkünün də xüsusi qayğıya möhtac olduqları qeyd edilir.

WFP ərzaq qıtlığının ən çox hiss olunduğu regionlara humanitar yardım çatdırmaq üçün təcili olaraq 280 milyon avro məbləğində vəsaitin lazım olduğunu, lakin bunun hələlik dörddəbir hissəsinin ayrıldığını açıqlayıb.скачать dle 11.3
Mojo.az Banner