Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |    
Mojo.az Avto
Mojo.az Avto

İmtahanlar onlayn keçirilə bilər - RƏSMİ

21.04.2020 15:02 3 048
İmtahanlar onlayn keçirilə bilər - RƏSMİ
“Onlayn imtahanlarla əlaqədar müəyyən araşdırmalar aparmışdıq. Burada ədalətlilik prinsipi əsasdır. İmtahan üçün hamının evində müəyyən proqram təminatı, kompüter, kamera və digər əşyalar olmalıdır. Biz bu məsələyə də baxırıq”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə DİM-in fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ xüsusi karantin qaydalarının dəyişməsindən asılıdır:

“Onlayn imtahan keçirmək üçün imtahanın təhlükəsizliyini izləmək çox ciddi texniki məsələdir. Bunu təmin etmək üçün böyük maddi resurs lazımdır. Bunlar kompleks məsələdir.

Burada təkcə onlayn yox, oflayn imtahanlar da müzakirə olunur. Bunu Təhsil Nazirliyi ilə də məsləhətləşirik ki, həmin prosesi izləmək nə qədər mümkündür”.
/oxu.az/

Son xəbərlər