Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Fransada koronavirus qurbanlarının sayı 20 mini ötdü

20.04.2020 22:20 1 615
Fransada koronavirus qurbanlarının sayı 20 mini ötdü
Fransada koronavirus epidemiyasının başlanğıcından bu günə qədər 20 mindən çox insan ölüb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

"Fransada indiki anda 20 255 nəfər COVID-19-dan ölmüş sayılır", - o deyib.

O, qeyd edib ki, xəstəxanalarda 12 513 nəfər COVD-19-dan vəfat edib. Ölkənin sosial və tibbi-sosial müəssisələrində isə 7 752 nəfər virusdan ölüb.

Salomonun sözlərinə görə, Fransada 114 657 koronavirus xəstəsi var. Son gün ərzində xəstələrin sayı daha 2 min artıb.

Son xəbərlər