Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar yeni layihəyə start verilir

16.04.2020 12:48 1 311
Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar yeni layihəyə start verilir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilir.

Trend-in məlumatına görə, layihənin təqdimatında çıxış edən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin sədri Ramin Bayramlı bildirib ki, layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək.

Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir.

Layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə “triaj” sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılmasıilə bağlı sürətli təlimlər keçmək, bu xəstəxanlarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn, mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur.

Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.

Qeyd etmək lazımdır ki, bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar. Bununla yanaşı, onlar dəyişikliklərin idarə olunması və stresslə mübarizə ilə bağlı da biliklərə yiyələniblər. Həkimlər və tibb bacıları öz sahələri üzrə mütəxəssis olduqlarından,təlimlərin məqsədi onların bilik və bacarıqlarını yeniləmək və standartlaşdırmaq, onları əlavə innovativ vasitələrlə təmin etmək olub. Xəstəxana hazırlıq heyətləri seçilmiş xəstəxanaların direktorları və baş həkimlərinin rəhbərliyi altında hər xəstəxanada 2 həftə ərzində təlim keçəcəklər. Hərkomanda növbəti xəstəxanada fəaliyyətə başlamazdan öncə cari xəstəxanadakı heyətə sistemi idarəetmə məsuliyyətini təhvil verəcək.

Layihə çərçivəsində tibb işçiləri üçün onlayn platforma daistifadəyə veriləcək və bu platforma vasitəsilə onlar təlimlərvə təqdimatlar, mentorlardan video dərslər və statistikməlumatlar əldə edə biləcəklər.

Son xəbərlər