Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhaliyə 190 manat birdəfəlik ödənişlər edilə bilər

21.06.2021 19:16 726
Əhaliyə 190 manat birdəfəlik ödənişlər edilə bilər
Azərbaycanda COVID-19-la mübarizə tədbirləri çərçivəsində pandemiyanın təsirlərinin aradan qaldırılması üçün tətbiq ediləcək yeni layihənin müqavilə planı açıqlanıb.

Bank tərəfindən layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 95 milyon dollar dəyərində vəsaitin ayrılması planlaşdırılır.

“Azərbaycanda COVID-19 Təcili Yardım Layihəsi”ni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icra edəcək.

Layihə çərçivəsində maliyyə yardımı COVID-19-a qarşı dörd istiqamətdə mübarizə tədbirlərini əhatə edəcək. Belə ki, müqaviləyə əsasən ayrılan vəsait ilə pandemiya dövründə COVID-19 xəstələri üçün müstəsna xidmətlər göstərən səhiyyə işçilərinə əlavə ödənişlər maliyyələşdiriləcək.

Həmçinin, maliyyə dəstəyinin COVID-19 xəstələrinin müayinəsi, müalicəsi və bu istiqamətdə monitorinqlər üçün tibbi ləvazimatlar, cihazlar və avadanlıqların da təmin edilməsini əhatə etməsi gözlənilir. Eləcə də, beş xəstəxana üçün əlavə otaq və yataqların istismara verilməsi, ehtiyac duyulduğu təqdirdə məhdudlaşdırmalar zamanı laboratoriyalara dəstək də layihənin əhatə dairəsinə daxil ola bilər.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda əks olunduğu kriteriyalara uyğun 2020-ci ilin aprel ayından bəri Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi də bu layihə ilə maliyyələşdiriləcək.

Layihənin tətbiqi və monitorinqi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək. Nazirlik və Agentlik prosesin gedişatını izləyərək qiymətləndirmə aparacaqlar.скачать dle 11.3
Mojo.az Banner