Mojo.az Banner
16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

ÜST-ün baş direktoru Trampın maliyyə dəstəyinin dayandırılması qərarından təəssüfləndiyini bildirib

15.04.2020 22:51 2 338
ÜST-ün baş direktoru Trampın maliyyə dəstəyinin dayandırılması qərarından təəssüfləndiyini bildirib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus ABŞ Prezidenti Donald Trampın qərarından təəsüfləndiyini deyib.

APA-nın xəbərinə görə, o, bu barədə ÜST-ün gündəlik mətbuat brifinqində deyib.

"ABŞ ÜST-ün uzunmüddətli və səxavətli dostu olub və biz ümid edirik ki, bu, belə olmağa davam edəcək. Biz ABŞ Prezidenti Donald Trampın ÜST-ə maliyyə dəstəyinin dayandırılması qərarından təəssüflənirik", o deyib.

ÜST-ü baş direktoru bildirib ki, təşkilat hər zaman həm vətəndaşlara həm ABŞ hökumətinə dəstək verib.

"ÜST dünyanın ən kasıb və həssas ölkələrinin və insanların səhiyyəsi və sağlamlığı üçün çalışır. ÜST yalnız COVD-19-a qarşı deyil, digər xəstəliklərə qarşı mübarizə aparır. Biz dünyanın müxtəlif ölkələrinin səhiyyə sistemlərinin inkişafına dəstək veririk", Tedros Adanom Gebreyesus qeyd edib.

Baş direktor hər hansı maliyyə ehtiyacı ilə üzləşilməməsi üçün təşkilatın öz həmkarları ilə müzakirələr aparacağını deyib.

"Bütün insanlara xidmət etmək öhdəliyimiz mütləq olaraq qalır. Bizim missiyamız iqtisadiyyatın gücündən və ya əhali sayından asılı olmayaraq dünyanın bütün ölkələri ilə bərabər şəkildə işləməkdən ibarətdir.

COVID-19 xalqlar, insanlar arasında etnik mənsubiyyətinə, dininə, ideologiyalarına görə, ölkələr arasında isə iqtisadiyyatının gücünə və əhali sayına görə diskriminasiya etmir. Biz də həmçinin. bu virusla mübarizə əməkdaşlıq tələb edir. Hamımızın ümumi düşmənə qarşı birləşmək vaxtıdır", - Gebreyesus vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner