Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı həkimlərdən yeni model: COVID-19-a gizli yoluxanları saymaq mümkün olacaq

15.04.2020 22:14 1 381
Azərbaycanlı həkimlərdən yeni model: COVID-19-a gizli yoluxanları saymaq mümkün olacaq
Almaniyada çalışan azərbaycanlı həkimlərdən ibarət elmi işçi qrup - Nuran Abdullayev başda olmaqla Orxan Səfərov və Elvin Hüseynov COVID-19 virusu ilə bağlı apardıqları növbəti elmi tədqiqatı yekunlaşdırıblar.

Bu barədə oxu.az-a işçi qrupun rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

O bildirib ki, COVID-19 virusu yeni olmasına baxmayaraq, artıq onun təhlükəliliyi haqqında elmə bu günə qədər bir neçə vacib amillər məlum olub:

“Bunlardan ən önəmlisi də bu virusun insanlarda gizli şəkildə - simptomları ağır formada üzə çıxartmadan yayılmasıdır. Elə buna görə də bu günə qədər heç bir ölkədə virusa yoluxanların dəqiq saylarını tapmaq mümkün olmur, bu da öz növbəsində pandemiyanın ölkələrə edəcəyi və ya etdiyi təsir gücü barəsində dəqiq məlumat verməyi çətinləşdirir.

Bu problemi aradan qaldırmaq üçün isə böyük ölkələrin elmi institutları fərqli modellər hazırlayırlar ki, bu model əsasında rəsmi statistikaya düşməyən xəstələr də hesaba alına bilinir və ölkələrə uyğun müəyyən proqnozlar verilir. Bu istiqamətdə bir yeniliyi də biz eləməyi düşündük.

Belə ki, bizim də elmi işçi qrupumuz son bir neçə gün ağır iş rejimi ilə çalışdıqdan sonra bütün dünya ölkələrində vəziyyəti təxminən qiymətləndirə biləcək bir model hazırladı. Bu model əsasında da ölkələrdə xəstəliyi gizli keçirənlərin təxmini sayının hesablanması mümkündür və müxtəlif ölkələrdə xəstəlik barəsində müəyyən proqnoz verilib pandemiyanın hansı mərhələdə olması ilə bağlı fikirlər irəli sürmək olur”.

N.Abdullayev modelin üstünlüyü barədə danışarkən deyib ki, o, ölkələrdə virusun yayılmasının qarşısı alınması məqsədi ilə verilən qərarları onların qəbul olunduğu zamanla birgə nəzərə ala bilir, ona müvafiq yoluxmanın azalmasını və ya yavaşlamasını da proqnoz üçün hesaba daxil edir:

“Bundan əlavə, modeldə ayrı-ayrı ölkələrdə virusun yayılma tezliyi və verilən qərarların ona təsiri eyni zamanda müqayisəli şəkildə analiz edilə bilir.

Düşünürük ki, bu hazırlanan elmi modelin Azərbaycan üçün də böyük əhəmiyyəti var və onun potensialından virusla mübarizədə yararlanmaq mümkündür”.скачать dle 11.3
Mojo.az Banner