Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Uşaqlarınızı qoruyun, səhiyyənin buna gücü yoxdur" - Həkimdən XƏBƏRDARLIQ

24.08.2021 23:30 1 281
"Təəssüflər olsun ki, bugün Azərbaycanda sərt qapanma - mərhələli və ya birbaşa - yeganə çıxış yoludur ki, insanlar ölməkdən qorunsunlar".

Median.Az
medicina.az-a istinadən bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, sərt qapanmaya getməmək üçün də elmi əsaslı plan və strategiya mövcud idi, lakin buna əməl olunmadı:

""Delta" variantı ilə bağlı Azərbaycan üçün xəbərdarlığımda peyvəndlər haqqında xüsusi olaraq "effektiv" ifadəsini istifadə etmişəm və bu cür effektiv peyvənd Azərbaycan üçün Çindən olan peyvənd deyil. Ümumiyyətlə isə peyvənd seçimində Azərbaycanda insanlar iki önəmli məsələ arasında qərar verməlidirlər: Təhlükəsiz, az effektli peyvənd, yoxsa müəyyən qədər yan təsirləri ola biləcək yüksək effektli peyvənd.

Ölkəmizdə elmi statistika yox səviyyəsindədir. Bu da insanlar arasında sistemə və xəstəliyə qarşı inamı sıfıra endirir. İngiltərədə peyvəndlər bugün 7,2 milyon əhalinin virusa yoluxmasının və 27 min ölüm halının qarşısını alıb. Bu Azərbaycanda necədir?".

Mütəxəssis qeyd edib ki, payızda gözlənilən və lazımi tədbirlər görülmədiyinə görə, artıq Azərbaycanda indidən başlayan dalğa bugünə qədər pandemiya dönəmində görünənlərdən daha pis olacaq:

"Uşaqlarınızı qorumalısınız. Təəssüf ki, məktəblər onlayn olmalıdır. Səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur".скачать dle 11.3
Mojo.az Banner