Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı alim: “Koronavirusun “Delta” variantı deyildiyi qədər də ölümcül deyil”

13.07.2021 12:56 2 250
Azərbaycanlı alim: “Koronavirusun “Delta” variantı deyildiyi qədər də ölümcül deyil”
“İngiltərədən olan sonuncu elmi statistik nəticələrə baxdıqda mühüm rəqəmlərlə rastlaşırıq. Belə ki, “Delta” variantının ölüm faizi orada daha da aşağı düşüb və hazırda 1,9 % ölüm faizi göstərən “Alfa” variantı ilə müqayisədə “Delta”nın ölüm faizi 0,2 % təşkil edir. Bununla da bu gün dəqiq deyə bilərik: “Hazırda heç bir elmi əsaslı sübut yoxdur ki, “Delta” variantı bundan əvvəlki virus variantları ilə müqayisədə daha ölümcüldür”.

Bu fikirləri “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Alim bildirib ki, İsrail və Sinqapurda yeni yoluxmaların 95 %-dən çoxu “Delta” variantı ilə baş verib: “mRNA əsaslı peyvəndlər sayəsində ölüm faizi çox aşağıdır. “Delta” növü peyvənd olmayanlar və ya az peyvənd olanlar arasında daha çox yayılıb. Bu variantın ölüm faizinin İngiltərədə son təqdimatda aşağı düşməsinin səbəbi onun gənclər arasında daha çox yayılmasıdır ki, orada da ölümə çox az rast gəlinir”.

N.Abdullayev qeyd edib ki, İngiltərədə daha maraqlı statistika 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər olan yoluxma sayı ilə bu ilin aprelindən indiyə qədər olan zaman çərçivəsindəki yoluxma halları müqayisə edildikdə görülür:

“Belə ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər hər 1 000 nəfərə düşən ölüm sayı 18 və hospitalizə olunanların sayı 81, 2021-ci ilin aprelindən indiyədək olan müddətdə hər 1 000 nəfərə düşən ölüm sayı 4 və hospitalizə olunanların sayı isə 45-dir. Bundan başqa, İngiltərədə “Delta variantının ikincili yoluxma əmsalı da aşağı düşüb və hazırda “Alfa” variantı ilə eynilik təşkil edir”.скачать dle 11.3
Mojo.az Banner