Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni virusun daha ağır olması ilə bağlı heç bir sübut yoxdur

02.11.2021 15:19 1 683
Yeni virusun daha ağır olması ilə bağlı heç bir sübut yoxdur
Koronavirusun “Delta” ştammının alt növü olan “AY.4.2”nin xəstəliyin daha ağır gedişatına səbəb olması barədə heç bir sübut yoxdur.

Bu barədə Rusiya “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktoru Vasili Akimkin bildirib.

“Yeni virusun xəstəliyin daha ağır gedişinə, onun anticismlərin fəaliyyətinə davamlı olmasına dair heç bir sübut yoxdur”, - deyə epidemioloq qeyd edib.

Akimkinin sözlərinə görə, bunu Böyük Britaniyanın səhiyyə orqanlarının ilkin təhlilinin nəticələrinə dair nəşri də sübut edir.

“Onlar müəyyən edilmiş yeni gen variantı ilə “Delta” gen variantının bazası arasında xəstəxanaya yerləşdirmədə və ya ölüm riskində fərqin qəti sübutunu göstərmir”, - deyə o qeyd edib.

“AY.4.2” variantı Böyük Britaniyada aşkar edilib. Britaniyalı alimlərin fikrincə, o, “Delta” ştammının 45 alt növündən biridir. London Universitet Kolleci Genetik İnstitutunun direktoru Fransua Ballu “AY.4.2”-nin “Delta”dan 10-15 % daha sürətli yayıla biləcəyi bildirilib. O, eyni zamanda əlavə edib ki, bu fərziyyəni təsdiq etmək üçün çoxlu məlumatlara sahib olmaq lazımdır.

Son xəbərlər