Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda karantin postunu əzib keçən “Kral oğlu” kimdir?

11.04.2020 17:53 2 524
Bakıda karantin postunu əzib keçən “Kral oğlu” kimdir?
İki gün öncə Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb. Belə ki, cumhuriiyet.az, yerli medianın məlumatına əsasən bildirir ki, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb. Milli Məclisdən Rəmzi Şükürovun işdən çıxarılmasını təsdiqləsələr də, səbəbini açıqlamayıblar.

Qeyd edək ki, polis tərəfindən saxlanılan R.Şükürov rəsmi xəbərlərdə iş adamı kimi təqdim olunurdu. Bildirilirdi ki, o "tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğludur, özü də çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.

Bununla bağlı olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu Əvəz Şükürov sabiq MTN generalı, MTN-in İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin sağ əli olub: "İdarə rəisi Azərbaycanda əsasən tikinti və restoran biznesi sahəsində böyük uğurlar əldə edib. Daha dəqiqi, Mövlan Şıxəliyev əslən İmişli rayonundan olan Əvəz Şükürovla biznes ortağı olaraq, tikinti sahəsinə də ciddi nüfuz edərək, böyük pullar qazanıb. Mövlan Şıxəliyev Əvəz Şükürovla o qədər yaxın və etibarlı biznes şəriki olub ki, onun oğlunu da yanına işə götürmüşdü.

Daha doğrusu, Əvəz Şükürovun oğlu Bayram Şükürov MTN-nin tabeliyindəki hərbi hissələrdən birində xidmət etsə də, M.Şixəliyev qanunlara məhəl qoymadan onu özünün köməkçisi və nazirlikdəki "kassiri” kimi işlədib. Bundan başqa, Əvəz Şükürovün ikinci oğlu Rəmzi Şükürov MTN-nin Baş İdarə rəisi Akif Çovdarovun Milli Məclisdə işləyən oğlu ilə birgə çalışıb.”скачать dle 11.3
Mojo.az Banner