Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramil Quliyev: "Olimpiya qızılını almamış karyeramı bitirməyəcəyəm"

10.04.2020 23:42 3 122
Ramil Quliyev:
"Olimpiadanın təxirə salınması qərarı doğru idi. Çünki ortada insan həyatı var".

Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan dünya və Avropa çempionu koronavirus pandemiyasının qardaş ölkədə yaratdığı problemə münasibət bildirib. Quliyev insanları evdə oturmağa səsləyib: "Hazırda Türkiyədə vəziyyət o qədər də pis deyil. Hamımız sağlamlığımızı qorumağa çalışırıq. Dünyanı evdə oturaraq qurtarma zamanıdır. Hamımız birlikdə hərəkət etməli, məsuliyyəti dərk etməliyik ki, durumdan uğurla çıxaq. Bəzi insanlar evdən çıxmağa məcburdurlar, onları başa düşməliyik".

30 yaşlı idmançı ev şəraitində məşqləri davam etdirdiklərini əlavə edib: "Avqustun 25-30-da Parisdəki Avropa çempionatı ləğv edilməyib, amma orada hər gün 5000 virusa yoluxma olur. Yay aylarında yoluxma sayının azalacağı deyilir. Biz də onu gözləyirik. Ancaq idmançı kimi həmişə hazır olmalıyıq. Bir ay məşq etməsək, vəziyyəti 3 aya ancaq düzəldə bilirik. Dostlarımla Belekdə ev kirayələmişik. Küçədə özümüz üçün yol müəyyənləşdirmişik. Həyətdə isə ağır məşqlər edirik. Asfaltda qaçmaq zərərlidir, bu səbəbdən asfalt olmayan yerlərdə qaçırıq".

Ramil Quliyev son hədəfinin Yay Olimpiya Oyunlarını qazanmaq olduğunu vurğulayıb: "İdmana başlayanda 3 hədəfim var idi: Avropa, dünya və Olimpiya çempionluğu. İlk ikisini reallaşdırmışam. Olimpiya qızılını almamış karyeramı bitirməyəcəyəm. Bunu özüm üçün borc kimi hiss edirəm. Bunu bacardıqdan sonra gələcək karyeram barədə düşünəcəyəm".скачать dle 11.3
Mojo.az Banner