Mojo.az — elanlar
Son Xəbərlər
14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |    
Mojo.az Avto
Mojo.az Avto

Azadlığa çıxan məhbus: “Məni vadar etməsəydi, onu öldürməzdim” - FOTO

07.04.2020 16:27 1 390
Azadlığa çıxan məhbus: “Məni vadar etməsəydi, onu öldürməzdim” - FOTO
“Məni vadar etməsəydi, onu öldürməzdim”.

Bunu Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan məhbus, 1953-cü il təvəllüdlü Quliyev Eyvaz İsmayıl oğlu deyib.

E.Quliyev törətdiyi cinayətdən peşman olduğunu bildirib:

“Heç kim istəməz ki, yolu cəzaçəkmə müəssisəsinə düşsün. Məni vadar etməsəydi, belə olmazdı. Çox peşmanam. Cinayətə görə 13 il iş kəsdilər. Onun 8 il 10 ayı həbsdə keçib. Cəzamın bitməsinə 3 il 2 ay vaxt qalıb.

Allah ölkə başçımızdan razı olsun. Təşəkkür edirəm ki, belə humanist addım atıb. Əfv siyahısında adımın olduğunu eşidəndə, çox sevindim”.

E.Quliyev 11 uşaq atası olduğunu deyib:

“Səkkiz oğlum, üç qızım var. Neçə ildir ailəm, uşaqlarım üçün darıxırdım. Prezidentimiz sağ olsun, mənim kimi 176 nəfərin məhkumluq həyatına son qoydu”.

Qeyd edək ki, 67 yaşlı məhkum Eyvaz İsmayılov Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam yaşı 65-dən yuxarı olan 176 nəfərə şamil edilib.
/oxu.az/



Son xəbərlər