16:34 Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama  |     16:20 Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb  |     16:15 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırılıb  |     15:53 Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır  |     15:42 Sabunçu rayonunda itkin düşmüş şəxs qətlə yetirilib -DİN-dən açıqlama  |     15:17 Estoniya Azərbaycanda səfirlik açacaq  |     15:12 Suraxanıda yaşayış binasında yanğın: ölən var  |     15:07 Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edildi  |     14:55 Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  |     13:22 Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları keçib  |     13:19 Son 20 ildə müdafiə sahəsinə ayrılan məbləğ açıqlandı  |     13:10 Luvr muzeyi qarət olunduqdan üç gün sonra yenidən açıldı  |     13:06 Bakıda 10 yeni metro stansiyası tikiləcək  |     13:05 Erməni vitse-spiker: "Azərbaycanın qərarı nəqliyyat marşrutlarının şaxələndirildiyinə dəlalət edir"  |     12:24 Dörd Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edildi  |     12:23 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     12:04 İlham Əliyev Yaqub Eyyubovu təltif etdi  |     12:02 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA açıqlandı  |     12:00 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     11:59 Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı - Video  |    

Bakıda karantində saxlanılanlar etiraz etdi: TƏBİB məsələyə aydınlıq gətirdi - VİDEO

Atletlər kəndində karantində qalan şəxslər etiraz ediblər.

Bu barədə sosial şəbəkədə videogörüntülər paylaşılıb.


Görüntülərdə karantində qalan şəxslərin etiraz olaraq, binanın pəncərələrindən su ilə dolu qabları atması əks olunub.

Onlar iddia edirlər ki, karantində müddətdən artıq saxlanılırlar.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, iddialar əsassızdır.

Açıqlamada heç kimin karantində prosedur müddətindən artıq saxlanılmadığı qeyd olunub:

“Həmin şəxslər əsassız yerə etiraz edirlər. Bilirsiniz ki, Nazirlər Kabineti yanında operativ qərargahın bu məsələ ilə bağlı qərarı var. Qərara əsasən, karantin müddəti 14-21 gün müəyyən edilib. 14 gün bitəndə onların evə buraxılacağına dair söz verilməyib.

14 gün tamam olduqda və götürülən ikinci testin də cavabı neqativ çıxdıqda sənədləşdirmə proseduru başlayır. Həmin proses yekunlaşdıqdan və təsdiq edildikdən sonra karantin zonasının koordinatoru şəxsləri aidiyyəti üzrə evə buraxır.

Sadəcə, orada saxlanılan şəxslər karantin qaydalarına sona qədər riayət etmək istəmirlər”.

Qurumdan bildirilib ki, karantin qaydaları pozulmayıb, həmin şəxslərlə söhbət aparılıb və vəziyyət onlara izah olunub.

||Median.Az]

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 895 07.04.20 16:01