Mojo.az Banner
23:03 UEFA "Qalatasaray"ı cəzalandırdı  |     22:58 İranın yeni Ali Lideri Xamenei haqqında YENİ FAKTLAR  |     22:49 Bakıda 87 yaşlı kişinin meyiti tapıldı  |     22:43 Şəhid atası dünyasını dəyişdi (FOTO)  |     22:36 İsrail bu şəhəri ələ keçirdi  |     22:31 Rolik sürən qız velosiped zolağını qoyub avtomobillərin hərəkətinə mane oldu - Video  |     22:23 Çində istehsal edilən saxta yumurtalar Azərbaycanda da satılır? - RƏSMİ AÇIQLAMA  |     22:18 Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO - VİDEO  |     22:09 "Ramiz Mehdiyev qanun hazırlamışdı ki, bu halda valideynlər 100 manat cərimələnsin" - Artur Rasizadə  |     22:02 Gəmilərin uzaq məsafədən tanınma və izlənmə sistemi təkmilləşdirilib  |     21:57 Qanunsuz saxlanılan 5 avtomat, 23 tüfəng tapıldı  |     21:49 Kuryer xidməti bahalaşacaq — AÇIQLAMA  |     21:40 Dayanmadan qar yağacaq, 10 dərəcə şaxta olacaq - Sabahın havası  |     21:35 Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək?  |     21:27 "Bank əməkdaşı" vətəndaşın 13 min manatını ələ keçirdi  |     21:21 Sahiblərinə ən çox xərc çıxaran 5 lüks avtomobil  |     21:14 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     21:09 Ramazanın 15-ci gününün imsak, iftar vaxtı  |     21:01 Ramazanda təmtəraqlı iftar süfrələri vermək olar?  |     20:56 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? - Psixoloq cavabları açıqladı  |    
Left Banner
Right Banner

Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

02.04.2020 12:58 4 680
Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.

Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

Aprel döyüşlərindən sonra - may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.

Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
скачать dle 11.3
Mojo.az Banner