Mojo.az Banner
15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqında QƏRAR

01.04.2020 22:52 1 442
Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqında QƏRAR
Nazirlər Kabinetinin 115 nömrəli Qərarı xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqındadır.

Qanuna əsasən, xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi bayramlarda və təntənəli mərasimlərdə, eləcə də tarixi hadisələrə, görkəmli xadimlərə və milli qəhrəmanlara həsr olunmuş tədbirlərdə Azərbaycan Respublikasının dövlət himni ifa edilir.

Xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə:

- Dövlət Himni qəbul edən xarici dövlətin Himninin ifasından sonra ifa edilir;

- Himnin musiqisinin hansı üsulla ifa olunmasından asılı olmayaraq, Himn tam və yalnız Azərbaycan dilində ifa edilir. Himnin ifası zamanı Himnin sözləri və musiqisi təhrif oluna bilməz;

- Himn ifa olunan zaman səsin təzyiqi qəbul edən xarici dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na əsasən tənzimlənir;

- Himn ifa olunan zaman Azərbaycan Respublikasının vətəndaşları Himni ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya Himni oxumalıdırlar; həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də ayaq üstə, farağat vəziyyətdə Himni sona qədər dinləməlidirlər. Bu qayda yalnız sağlamlıq imkanı məhdud olan şəxslərə şamil olunmur.скачать dle 11.3
Mojo.az Banner