Mojo.az Banner
21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |     20:48 Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?  |     20:40 "Meta" "Instagram", "Facebook" və "WhatsApp" üçün vahid abunə xidmətini təqdim etdi  |     20:35 Masajçı "fizioterapevt" kimi işlədildi - "Ecegen Med Klinika" cərimələndi  |     20:28 "iPhone 18 Pro" fotoların orijinallığını yoxlamağa imkan verəcək  |     20:23 Yuxusuz gecələrin görünməyən təhlükəsi: Orqanizmdə nə baş verir? - Nevroloq  |     20:15 Binədə qaz sayğacı vədi ilə 56 min manatlıq dələduzluq - 2 il həbs  |     20:10 Havanın çirklənməsi psixi sağlamlığımıza və intihar riskinə necə təsir edir?  |     19:55 Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi  |     19:50 Bir ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Zərurət olmadığı halda evdən çıxanlar cərimələndi - VİDEO

01.04.2020 20:55 1 046
Zərurət olmadığı halda evdən çıxanlar cərimələndi - VİDEO
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtobillərlə şəhər əhalisinə səslənərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edir.

Gün ərzində aparılan reydlər zamanı 10-a yaxın vətəndaş zərurət olmadan evdən çıxdığına görə, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 100-dən çox vətəndaşa xüsusi karantin rejiminin tələbləri xatırladılaraq xəbərdarlıq ediliblər.

Xəbərdarlıq edilən sakinlər polis əməkdaşlarının müşaiyəti ilə evlərinə yola salınıblar.


скачать dle 11.3
Mojo.az Banner